İyulun 1-dən nələr olacaq? - Pandemiyanın YENİ TƏFƏRRÜATI

İyulun 1-dən nələr olacaq? - Pandemiyanın YENİ TƏFƏRRÜATI

Hazırda oxunan: İyulun 1-dən nələr olacaq? - Pandemiyanın YENİ TƏFƏRRÜATI

26769

Bir ildən artıqdır ki, Azərbaycanda pandemiya davam edir. Virusa qarşı il yarımdır genişmiqyaslı tədbirlər, o cümlədən bu ilin fevralından başlayan vaksinasiya prosesi davam etdirilir. Son iki aydır ki, ölkənin epidemioloji durumunda sabitlik müşahidə olunur. Xüsusi karantin rejimi çərçivəsində tətbiq olunmuş bir sıra məhdudiyyətlər aradan qaldırılıb. 

Bəs iyulun 1-dən virusla bağlı qoyulmuş hansı qadağalara yaşıl işıq gəlir?

Sabahdan etibarən toy, nişan, xınayaxtı və ad günü ilə bağlı mərasimlərə rəsmən icazə verilir. 50 və 150 nəfərlik qonaqların iştirakı ilə müəyyən şərtlər çərçivəsində il yarımdan çox məhdudlaşdırılan toyların keçirilməsi təşkil olunacaq. 50 nəfərlik ziyafətlərdə maska, 150 nəfərlik toylarda isə hər kəsdən peyvənd pasportu tələb olunacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

Həkimdən HİDDƏT – “4-cü dalğa oyunlarını yığışdırın”


Bundan əlavə iyulun 1-dən etibarən şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə yenidən məhdudiyyətlər qoyulacaq. 

Nazirlər Kabinetinin digər qərarına əsasən iyulun 1-dən etibarən COVİD-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) azı 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir. Avqustun 1-dək birinci doza qeyd olunan vaksinasiya sertifikatı qəbul ediləcək. Avqustun 1-dən isə COVID-19 pasportu tələb olunacaq.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO