“Hazırkı dövrədək Gürcüstanda koronavirusun Hindistan ştammına 18 yoluxma halı təsdiqlənib”.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbər müavini Paata İmnadze bildirib. Onun sözlərinə görə virusun mutasiyay uğramış təhlükəli növü digər ölkələrdən qayıdan Gürcüstan vətəndaşlarında aşkarlanıb.
MÖVZU İLƏ BAĞLI:
Koronavirusun Hindistan ştammı – QANQREN YARADIR
Qeyd edək ki, azərbaycanlı mütəxəssislər Azərbaycanda da Hindistan ştammına yoluxma halının olduğunu istisna etməyiblər. Həkimlərin bildirdiyinə görə, koronavirusun bu növü digərləri ilə müqayisədə ən təhlükəli və qorxulu növdür.
Hələki Azərbaycanda Hindistan ştammına yoluxma ilə bağlı rəsmi açıqlama yoxdur.
Alçina Amilqızı, Bizim.Media