Koronavirusun Hindistan ştammı – QANQREN YARADIR 

Hazırda oxunan: Koronavirusun Hindistan ştammı – QANQREN YARADIR 

24421

Koronavirusun insan orqanizmində yol açdığı yeni fəsadlarla bağlı məlumatlar açıqlanıb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, koronavirusun Hindistan ştammı digər ştamlardan daha yolxucu olmaqla yanaşı, orqanizmdə qanqren kimi təhlükəli fəsadlar yarada bilir.
 

MÖVZU İLƏ BAĞLI:

Koronavirusun “Hindistan” ştammı da gəlir – ÜST-dən XƏBƏRDARLIQ


​​​​​​​Bu ştamma yoluxma həm də digər ştammlarda müşahidə olunmayan eşitmə pozğunluğu, ağır mədə narahatlığı və qan laxtalanmasına gətirib çıxara bilir.

Hindistan həkimləri qanqrenin inkişafına səbəb olan mikrotrombların əmələ gəlməsinin son zamanlar əvvəlkindən daha tez-tez qeydə alındığını açıqlayıblar. Xəstələrdə qarın nayihəsində ağrının əmələ gəlməsi də bağırsaqlardakı qan laxtalanmasının əlaməti ola bilər. Bəzi COVID-19 xəstələri boyunun şişməsindən də şikayətçi olublar. “B.1.617.2” adlanan Hindistan ştammı son 6 ayda artıq 60-dan çox ölkəyə yayılıb.

Sinqapurda mutasiyaya uğrayan bu ştamma yoluxma ümumilikdə COVID-19-a yoluxma arasında 95% - təşkil edib. 

Ştammın sürətlə yayılması dünya ölkələrində narahatlığı artırıb. Bununla əlaqədar olaraq İngiltərədə qapanmaların yenidən aktuallaşması nəzərdən keçirilir. 

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO