Oxu atıb, yayı GİZLƏDƏNLƏR – Təbiətə daha çox ziyan vuran ölkələrin niyə COP29-da səsi ÇIXMIR?

Oxu atıb, yayı GİZLƏDƏNLƏR – Təbiətə daha çox ziyan vuran ölkələrin niyə COP29-da səsi ÇIXMIR?

Hazırda oxunan: Oxu atıb, yayı GİZLƏDƏNLƏR – Təbiətə daha çox ziyan vuran ölkələrin niyə COP29-da səsi ÇIXMIR?

220913

Bu gün iqlim dəyişikliyi ilə bağlı qlobal əməkdaşlıq platforması olan COP29-un 6-cı günüdür. Azərbaycanın şəffaf, qərəzsiz və inklüziv şəkildə təşkil etməyə nail olduğu bu tədbir ekoloji bərabərsizliklərin qarşısının alınması yönündə gerçək təşəbbüskarların kimlər olduğunu bir daha göstərdi. Bəzi Qərb dövlətləri isə dünyanı narahat edən və dəstək verməyə borclu olduqları məsələləri gözardı edərək öz ambisiya və siyasi maraqlarını önə çəkərək tədbirə qatılmamağı, yaxud seyrçi qalmağı üstün tutdular.

Bəs, dünya ekologiyasına daha çox ziyan vuran bu ölkələr niyə iqlim sammitində fəal olmadılar?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Aydın Mirzəzadənin fikrincə, bu ölkələrdən Fransa aqrressiv mövqedədir və vaxtaşırı Azərbaycanı təsir altına almağa, kiçiltməyə çalışır:

“Bir qismi isə sadəcə olaraq iqlim dəyişikliyi məsələsini əhəmiyyətli hesab etmirlər. Tədbirə gəlməyənlər özlərini biabır etmiş oldular. Çünki COP29 Azərbaycanın yox, BMT-nin tədbiridir. Onu BMT təşkil edir, dəvət olunan qonaqların siyahısını o tutur, şərtləri də o qoyur. Azərbaycan isə sadəcə, tədbirin keçirildiyi bir məkandır. Bu tədbirə gəlməməklə bəzi ölkələr iqlim dəyişikliyi məsələsinə biganəlik nümayiş etdirirlər. Bəlkə də iqlimin korlanmasında birbaşa özləri günahkardırlar”.

“Nüfuzlu dövlətlərin çoxu COP29-da iştirak edir”

Millət vəkili bildirib ki, bəzi ölkə rəhbərləri Azərbaycan rəhbərliyi ilə əlaqə saxlayıb gələ bilmədikləri üçün təəssüflərini bildiriblər:

“Almaniya kansleri onlarda koalisiya hökuməti dağıldığına görə gələ bilmədi. Buna görə Azərbaycan Prezidentinə zəng etdi. Amerikada adminstrasiya dəyişikliyi baş verdi, ona görə də o ölkə prezidentinin xüsusi müşaviri burada iştirak edir.

Amma bununla belə Avropanın əhəmiyyətli, nüfuzlu dövlətlərinin bir çoxu bu gün COP29-da iştirak edir. Böyük Britaniya, İtaliya, İspaniya baş nazirləri bu gün Azərbaycandadır. Polşa prezidenti Azərbaycana gəldi. Belçikanın Baş naziri ölkəmizdə pozitiv mesajlar verdi. Həmişə Fransanın yanında olan və bütün məsələlər üzrə onunla eyni mövqedə olan Belçika da Bakıya gəlməyə üstünlük verdi. Bütün bunlar onu göstərir ki, konfrans diqqəti cəlb edib. Qərbin bəzi dairələrinin konfransı boykot etmə çağırışları baş tutmadı. Qonaqlar tədbir haqda yüksək fikirdədirlər. Təşkilati məsələlər yaxşı həll edilib”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO