Azərbaycanda yeni peyvənd KİMLƏRƏ vurulacaq? – Rəsmi AÇIQLAMA 

Azərbaycanda yeni peyvənd KİMLƏRƏ vurulacaq? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Azərbaycanda yeni peyvənd KİMLƏRƏ vurulacaq? – Rəsmi AÇIQLAMA 

190058

Xəbər verildiyi kimi, Azərbaycan səhiyyə nazirinin müvafiq əmrinə əsasən, yeni GDT Hib Hep B İPV (Heksavaksin) peyvəndi əlavə olunub. Təqvim Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həyata keçirdiyi “Vaksinasiyaya dəstək” layihəsi çərçivəsində hazırlanıb.

Bəs yeni peyvənd hansı yaş aralığındakı şəxslər üçündür, hansı xəstəliyin əleyhinədir

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, GDT Hib Hep B İPV (Heksavaksin) - 6 komponentli vaksindir:

“Difteriya, tetanus, göyöskürək, hepatit B, B tipli hemofil infeksiya və poliomielit xəstəliklərinin qarşısının alır. Peyvənd təqviminə əsasən Heksavaksin uşağın 2, 3, 4 aylığında aparılır”.

Nuranə Daxilqızı, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO