Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?

Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?

Hazırda oxunan: Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?

188975

Son illər həyatımızın bir parçasına çevrilən sosial şəbəkələr həm də özünə auditoriya toplamaq baxımından çox əhəmiyyətlidir. Bir çox şirkətlər öz məhsullarını sosial şəbəkə vasitəsilə reklam edir, daha çox insana çatmasına nail olurlar.

Peşə sahibləri, həkimlər də bu üsuldan istifadə edərək bacarıqlarını paylaşırlar. Onlar müxtəlif əməliyyatları, doğuş prosesini videoya çəkərək yayır, qazanılan müştəri hesabına öz gəlirlərini artırırlar. Bundan başqa televiziya kanallarından dabu məqsədlə istifadə edənlər var.

Bəs bu davranış nə qədər doğrudur?

Tibb eksperti Rasif Bağırov Bizim.Media-ya şərhində bildirib ki, ölkədə həkim çox olduğu üçün pasiyent qazanmaq çətindir:

“Azərbaycanda həkimlərin sayı həddən artıq çoxdur. Sovet dövründə müharibənin olacağı ehtimalı ilə həkimlər çox idi və kadr kimi yerləşdirilməsində problem vardı. Azərbaycan müstəqil olduqdan sonra problemin həll olacağını düşünürdük. Hazırda bir çox ölkələrin vətəndaşları Azərbaycanda klinika açıb, fəaliyyət göstərirlər. Bu cür sıxlıqda hər bir həkim normal dolana bilməsi üçün kifayət qədər xəstəsinin olmasını istəyir”.

Terapevt hesab edir ki, yaxşı həkimin reklamı onun xəstələridir:

“Mən televiziyaya çıxan həkimləri başa düşə bilmirəm. Xəstə həkimdən nə qədər effekt görürsə, o qədər də onun reklamı gedir. Bəzən 4-5 həkim müayinə və müalicəsindən keçən xəstələr gəlir. Demək onlarda effekt görmədiyi üçün belə olub. Xəstələr normal həkim tapanda ondan yapışırlar, həm özünün yaxşı reklamı gedir, həm də xəstələr bundan fayda görürlər.

Televiziyada cavan-cavan həkim qızlar elə danışırlar, elə bil bu vaxta qədər heç Azərbaycanda belə müalicə üsulları yox imiş. Bunlar gələndən sonra yaradıblar. Bəzən reklamda xəstənin müalicədən əvvəlki və sonrakı görüntüsünü göstərirlər. Bəzən maddi imkanı çox aşağı olan xəstələr olur ki, inanmıram hansısa həkim özəldə işləməsinə baxmayaraq ondan pul alsın.
Amma o xəstə televiziyada reklam olunan həkimin yanına getmək üçün xeyli məbləğdə pul tapır. Nəticədə də yaxşı effekt görmür. Xəstə elə bilir ki, televiziyada danışırsa, həmin həkim “ölüdirildən”dir. Həkim öz əməli ilə reklamını qazanmalıdır. Bakıda elə həkimlər ki, xarici ölkələrdəki həkimlərdən çox yüksəkdədilər. Heç biz onları televiziyada görmürük”.

Onun sözlərinə görə, cərrahi əməliyyatların paylaşılması qadağan deyil:

“Cərrahi əməliyyatların paylaşması, həkimin öz işi, elədiyi əməliyyatlar haqqında qanunla qadağan deyil. Sadəcə, mənəvi cəhətdən düzgün deyil”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO