Almaniya mətbuatının diqqətdə saxladığı 33 yaşlı həkim CAVİD HÜSEYNZADƏ

Almaniya mətbuatının diqqətdə saxladığı 33 yaşlı həkim CAVİD HÜSEYNZADƏ

Hazırda oxunan: Almaniya mətbuatının diqqətdə saxladığı 33 yaşlı həkim CAVİD HÜSEYNZADƏ

155334

Almaniyada yaşayıb işləyən soydaşımız - qulaq, burun-boğaz və üz plastik cərrahı Cavid Hüseynzadə gənc olmasına baxmayaraq artıq özündən söz etdirməyi bacarıb. 33 yaşlı gənc həkimin uğurlarına  xarici ölkə mətbuatı məmnuniyyətlə  yer ayırır. Bu dəfə isə soydaşımız barədə Almaniyanın nüfuzlu “in Südthüringen.de”nəşri söhbət açıb.

Nəşrin “Bakıdan Bad Salzungenə uzanan yol” başlıqlı məqaləsində məqaləsində qeyd olunur ki, Bakıda doğulub böyüyən Cavid Hüseynzadə ali təhsilini Ukraynada alıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Doktor Cavid Hüseynzadə Almaniyada yeni vəzifəyə TƏYİN OLUNDU - FOTO 


Sonra tale onun yolunu Almaniyaya salıb. Daha doğrusu Cavid elmi və praktik biliklərini artırmaq üçün müasir tibbin ən çox inkişaf etmiş ölkəsinə üz tutub. 

Əvvəlcə burda tibb mərkəzlərində təcrübəçi kimi çalışan Cavid Hüseynzadə, buna paralel olaraq təhsilini də Almaniyada davam etdirib. Nəhayət fərdi təşəbbüskarlığı və bacarığı ilə qısa zamanda alman uzman-həkimlərin diqqətini cəlb edən həmyerlimiz nəticədə dünyanın şöhrətli alman uzman-həkimləri ilə birgə çalışmaq şansını qazanıb.

Hazırda Cavid Hüseynzadə “Bad Salzungen” klinikasında, professor Yekerin rəhbərliyi altında uzman həkim olaraq çalışır. 

Nəşr daha sonra qeyd edir ki, Cavid Hüseynzadənin 33 yaşının olmasına baxmayaraq bir çox uğurlara imza atıb. Avropa üz plastik cərrahiyyə cəmiyyətinin üzvü olan Cavid elmi axtarışları ilə yanaşı ictimai işlərlə də aktiv məşğul olur. Alman, rus və ukrayna dillərini yaxşı bilən azərbaycanlı gənc Almaniyada fəaliyyət göstərən 1400-ə yaxın azərbaycanlı həkimin bir araya gəlməsi, əlaqələr qurması üçün davamlı şəkildə iş aparır.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO