Azərbaycanda Britaniya ştammına ikisi kişi və biri qadın olmaqla 3 nəfər yoluxub.
Bu barədə məlumatı Bizim.Media-ya Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış bildirib. Onun sözlərinə görə yeni növ ştamma yoluxanlar 1977 (43 yaş), 1961 (60 yaş) və 1992-ci il (29 yaş) təvəllüdlü şəxslərdir:
MÖVZU İLƏ BAĞLI:
Professordan XƏBƏRDARLIQ – “Britaniya ştammının yoluxuculuq əmsalı bir neçə dəfə çoxdur”
“İndiyədək Azərbaycanda “COVID 19”-un Britaniya ştammına və digər ştammlara yoluxma olub-olmamasını yoxlamaq üçün mütəmadi olaraq genom analizi aparılıb.
Bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib. Aparılan analizlər nəticəsində ikisi kişi, biri qadın olmaqla üç nəfərdə virusun Britaniya ştammı aşkarlanıb”.
Alçina Amilqızı, Bizim.Media