Uşaqlar arasında dəri xəstəlikləri artıb - VİDEO 

Uşaqlar arasında dəri xəstəlikləri artıb - VİDEO 

Hazırda oxunan: Uşaqlar arasında dəri xəstəlikləri artıb - VİDEO 

132748

Son vaxtlar uşaqlar arasında dəri xəstəlikləri artıb. 

Bizim.Media xəbər verir ki, 3 nömrəli uşaq dəri-zöhrəvi dispanserinin şöbə müdiri Hüriyyə Qarayeva bildirib ki, dəri xəstəlikərinə əsasən 15 yaşa qədər olan uşaqlarda rast gəlinir. 

Xəstəlik dərinin açıq sahələrində geniş yayılır. Həkim ehtimal edir edir ki, azyaşlılar bəzi dəri xəstəliklərinə it-pişik kimi heyvanlardan və mal-qaradan daha çox yoluxa bilərlər. 

Dəri xəstəlikləri ilə bağlı həkimə müraciət edən valideynlərin sayı da çoxalıb. Onlar bildirdilər ki, hər il yaz və yay fəsilində belə xəstəliklər özünü daha çox biruzə verir. 
Hüriyyə Qarayeva dəri xəstəlikləri ilə bağlı valideynləri diqqətli olmağa çağırıb. Bildirib ki, xəstəliklə bağlı hər hansı bir şübhə yaranarsa dərhal həkimə müraciət edilməli, uşaq həkim-dermatoloqa göstərilməlidir. Onun sözlərinə görə, bir sıra dəri xəstəlikləri vaxtında müalicə olunmazsa, çox ciddi fəsadları ola bilər. 

Həkim əlavə edib ki, yalnız düzgün müalicə aparmaqla dəri xəstəliklərinin qarşısını almaq olar. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO