Cənubi Koreyada məcburi qrip peyvəndindən sonra 13 nəfər ölüb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Sosial Rifah Nazirliyi məlumat yayıb.
İlk ölüm hadisəsi 16 oktyabrda İnçxon şəhərində qeydə alınıb. 17 yaşlı məktəbli vaksinlərdən bir müddət sonra vəfat edib. Onun ardınca Seulda, Kenqido qəsəbəsində və digər bölgələrdə oxşar hadisələr baş verib.
Qeyd edilir ki, ölənlərin əksəriyyəti yaşlı insanlardır.
Həkimlər bildiriblər ki, ən azı altı hadisədə istintaq peyvəndlə insanların ölümü arasında birbaşa əlaqəni aşkar etməyib. Ən çox görülən yan təsirlərdən olan anafilaktik şok ehtimalı üçün də testlər mənfi nəticə verib. Eyni zamanda, peyvəndlərdə heç bir zəhərli maddə tapılmayıb.
Bu baxımdan, ölkənin Səhiyyə Nazirliyi COVİD-19 pandemiyası fonunda bu il məcburi olan qrip peyvəndinin dayandırılması üçün bir səbəb olmadığını düşünür.
Cənubi Koreyada qrip peyvəndindən 13 nəfər öldü