Yerin üçdə ikisi sudur. Başlanğıc da odur. Sudan - nütfədən yaranmadıqmı? İlk çərşənbəmiz də su çərşənbəsi deyilmi? Demək, biz suya tabeyik. Torpaqdan yarandığımız haqda fərziyyə torpağa tapınmaqdır məncə. Yəni Böyük Suyun vahiməsindən qorxub Torpağa tapınırıq, ona iman gətiririk, ona dirəyirik ayağımızı. Bu, bir növ insan övladının yeni bütpərəstliyidir: Torpağım, mən sənə tapınıram, sən də məni doyurt, saxla, suyun vahiməsindən qoru... Axı Yer üzünü suyun basması haqqında fərziyyə var... Bir neçə dəfə dünyamızda sivilzasiyanın olduğu, lakin onun məhvi və yenisinin yaranması haqqında fərziyələr mövcuddur. Bəli, fərziyyələr... Amma bu fərziyyədən çox reallıqdır... Buna inanmaq özü çox ağılasığmaz şeydir. Bilirəm, amma vallah reallıqdır bu. Soruşa bilərsiniz: hardandır axı səndə bu inam? Cavab verim: mən Yerin Suya necə təslim olmasını görmüşəm! Hə, hə, görmüşəm! İnanmırsınız? Onda qoy izah edim.
2011-ci il mart ayının 11-i idi. Təsadüfən evdəydim və televizorda CNN Türk kanalı ilə nəyəsə baxırdım. Qəflətən veriliş dayandı və diktor həyəcanla elan etdi ki, bu dəqiqələrdə Yaponiyada sunami və zəlzələ baş verib, indi siz həmin sunaminin canlı görüntülərini izləyirsiniz... (Mən bu barədə hansısa yazımda ətraflı yazmışam və təkrarçılıq olmasın deyə, təfərrüata varmayacağam.)
Təsəvvür edirsinizmi? Hündürmərtəbəli binalar, kiçik yaşayış massivləri, maşınlar, qatarlar, avtobuslar, nə bilim axı gözünüzə görünənlərin hamısı suyun üzündə üzür, bir andaca yerə batır və yox olurdu. (Yəqin ki, su gətirdiyi zir-zibillə onları yerə gömürdü.) Bir nəfər çıxdığı hündürmərtəbəli binanın üstündən bu olayları seyr edə-edə kimlərisə köməyə çağırırdı. Nə kömək canım, burda Tanrının özü də aciz idi...
Lap uzun giriş oldu deyəsən...
Gənc yazıçı Mövlud Mövludun bir hekayəsindən danışacaqdım: “Yanaqda donmuş göz yaşı”x9d. Bu hekayənin canında su var ”“ göz yaşı suyu. Suların ən acısı, ən amansızı, ən qəddarı...
İnsan oğlunu yox eləsə, elə su yox edəcək bu dünyadan - gətirdiyi kimi də aparacaq. Ancaq elə-belə su yox ki! Göz yaşlarının cəm olub bir amansız okeana döndüyü su... dul arvadların, ac-yalavac körpələrin, qısramış qızların, zorlanmış qadınların, söyülən-döyülən transların... və evlərinə çörək apara bilməyən naümid kişilərin göz yaşından cəm olan böyük Su ”“ Sunami!
...Mövludun hekayəsinin canında su var dedim: göz yaşı. Şair necə demişdi:”x9dgöz yaşının ən acısı içəriyə axanıdı...”x9d Hekayədə bir qarıdan və onun baxdığı yetimlərdən danışılır. Heç kimə zərəri dəyməyən bu cocuqların çörəyinə kimlərinsə bais olması-filan kimi mücərrəd bir şey yoxdu hekayədə. O var ki, bu uşaqlardan bir az fərqli olan iki gənc oğlan onlara zülm edir.
“Süliddin balaca nəvəni boğurdu, Ramal böyük tayını. Nənə onların arasında qalmışdı. Süliddinə tərəf qaçanda Ramal böyük nəvəni çığırdırdı, Ramala yüyürəndə Süliddin balacanı yerlə sürüyürdü. “
Qoca nənənin onlara gücü çatmır, bu heç, amma təhkiyəçi də bu zülmü görə-görə dabanına tüpürür...
Onları döyən, incidən, alçaldan məmur övladı olsaydı, bahalı maşından düşən idmançı görkəmlilərdən biri olsaydı, hekayə bizə o qədər də təsir etməzdi. İş ondadır ki... Yox qoy əvvəlcə əslində bizə bu yazını yazdıran bir yazıçı kəşfini qeyd edək, sonra “iş ondadır ki...”x9dyə keçərik. Təhkiyəçi neçə vaxt sonra o biçarə uşaqları görür və sevinir ki, onlar sağdılar. Amma o bir şey də görür ki, vallah o mənim gördüyüm Sunamidən də dəhşətli şeydir:"Gözümə oğlanın üzündəki xal ləkəsi sataşdı. Mənə elə gəldi ki, bu ləkə oğlanın göz yaşıdır, həmin gündən onun yanağında donub qalıb.”x9d
Hə, iş ondadır ki... bu nadürüst Suliddin və Ramal bu yetimlərdən bir barmaq yuxarı ola, ya olmaya... Hekayənin sonunda Suliddin Sülü olub ”“ türmədən qayıdandan sonra ordan-burdan siqaret dilənir... Bilirsiniz məni dəhşətə gətirən nə oldu? Suliddin sözünün özündə də Su var!
Və axırda özümdən misal gətirdiyimə görə Mövlud da, oxucular da məni bağışlayar yəqin: mənim də Suliddin kimi bir əzazil qəhrəmanım var. Axırda ağır xəstəlik tapır. Həkim ona deyir ki, çoxlu su iç, maye qəbul elə. Amma elə-belə su yox, öz işəməyini. Səni qurtarsa o qurtaracaq...
S.A.(Söz ardı): Turgenevdən soruşmuşdular ki, son vaxtlar oxuduğun ən gözəl poeziya nümunəsi hansıdır? Cavab vermişdi ki, M.Y.Lermantovun “Zəmanəmizin qəhrəmanı”x9d romanında “Taman”x9d hissəsi. Mənim də son vaxtlar oxuduğum ən ağrılı poeziya nümunəsi Mövlud Mövludun haqqında bəhs etdiyim hekayəsi idi.
Azad Qaradərəli



























































































