Moderator.az "Hansı məşhur romanın qəhrəmanı ruhən sizə yaxındı, onunla hansı oxşarlığınız var?" sualı ilə tənqidçi, yazıçı və şairlərə müraciət edib. Cavabları təqdim edirik.
Əsəd Cahangir (tənqidçi):
- Valter Skottun "Ayvenqo" romanının qəhrəmanı Ayvenqo mənə ruhən çox yaxındır. Mən də onun kimi at minməyi, qılınc oynatmağı, əzilənlərə kömək etməyi sevirəm. Çox arzu edərdim ki, Ayvenqonun yaşadığı, hamının Allaha inandığı, maşının, petrolun, dolların olmadığı orta əsrlərdə yaşayım.
Azad Qaradərəli (yazıçı)
- Ruhuma ən yaxın əsər Sabir Əhmədlinin “Yamacda nişanə”x9d romanıdır. Əsərin qəhrəmanı Laçın adlı bir azman oğlandır. Müəllif onu bizə belə tanıdır: “YerişindÓ™, Ò»Ó™rÓ™kÓ™tindÓ™ elÓ™ od, Ò»Ó™rarÓ™t vardı ki, guya keçib Ò»avayı kibrit çÓ™ksÓ™n alovlanacaqdı...”x9d
Laçın qəsəbənin küçələrində nərə çəkə-çəkə gəzir. Bazarda adamları aldadanlarla haqq-hesab çəkir. Qız-gəlinlərə ayrı gözlə baxanların da dərsini verir. Amma nə yazıq ki, adamlar onun bu hərəkətlərindən qorxuya düşür. Əsgərlikdən gələndən sonra Laçın bir az özünü ağır aparır, sürücülük peşəsinə yiyələnir. Nə yazıq ki, Laçına güvənmirlər, ona maşın etibar etmirlər.
İşsiz qalan Laçın yenə nərə çəkir... Sevdiyi qızın atası onun nərəsində qorxub yorğan-döşəyə düşür. Məcbur olub Laçına Yanqınsöndürmə idarəsinin maşınını verirlər. Amma idarənin müdiri onu incidir. Maşın sürməsinə mane olur. Laçın bu əxlaqsızı döyüb şil-küt edir.
Bütün qəsəbə sanki sözü bir yerə qoyubmuş kimi bu yekəpər, allahına bəndəlik eləməyən gənci məhvə sürükləyir ”“ Laçın maşınında qəza törədib həlak olur.
Zaman-zaman Laçının yaşadığı əzabları mən də yaşadım. Yasaqlar əzdi məni. “Belə danışma”x9d, “Belə yazma”x9d, “Belə düşünmə”x9d təhdidləri Domokl qılıncı kimi başım üzərindən asılı oldu. Mən təbii ki, təslim olmadım. Bax, buna görə “Yamacda nişanə”x9d romanını və onun qəhrəmanını çox sevirəm. O ruhən mənə çox yaxındır.
Pərviz Cəbrayil (yazıçı)
- Bir əsərin qəhrəmanı heç bir halda kiminsə ruh əkizi ola bilməz. Çünki istənilən qəhrəman qohum ruhların məcmusu, ədəbi dillə desək, ümumiləşdirilmiş şəklidi. O mənada hər birimizin o qədər ruh qohumumuz var ki əsərlərdə. Məsələn, Herman Hessenin "Yalquzaq" romanında qəhrəmanın yüz ruhu, yüz heyvan xisləti var. Biz də eləcə. Ancaq ani olaraq dörd əsərin qəhrəmanını xatırladım: Dostoyevskinin "İdiot"unda Mışkin, Hessenin "Knulp"unda Knulp, Çexovun "Qara Rahib"ində professor. Siyahını sonsuzadək uzatmaq olar. Yəni şəxsiyyətin vahidliyi ideyasına inanmıram - öz romanlarımdakı obrazlar da bu üzdən bir şəxsiyyətin ayrı-ayrı yanlarıdı. Məsələn, bu diapazonda - diktator və inqilabçı. Əslində, bir adamdı bu ikisi. Sadaladığım əsərlərdəki qəhrəmanlarla hansı oxşarlığımın olduğunu isə deməyəcəm. Kiminçün maraqlıdısa, gedib oxusun. Oxuyanlarsa sadəcə xatırlaya bilər.
Qurban Yaquboğlu (şair-jurnalist)
- Hansı əsəri oxuyub cazibəsinə düşürsənsə, onun müsbət qəhrəmanına bənzəmək istəyirsən. “Qaraca qız”x9ddakı Piri babadan tutmuş Dostoyevskinin “İdiot”x9d əsərindəki Knyaz Mışkina qədər. Bir ara nədənsə özümü Yusif Səmədoğlunun “Qətl günü”x9dndəki Xəstəylə eyniləşdirirdim. Məncə, mənə çox yaxın olan obrazlardan biri Selincerin “Çovdarlıqda uçurumdan qoruyan”x9d əsərindəki Holden Kolfilddi. O romanı ilk dəfə oxuyanda da, indi də Holden məndən yaşca çox kiçikdi. Amma onun çıxıb getmək istəyi və ya mərhəmət duyğuları ürəyimə yatır.
Aqşin Yenisey, (şair)
- Konkret qəhrəmanın adını çəkə bilmərəm. Amma yaşa bağlı olaraq, özümü oxşatdığım obrazlar olub. Cek Londonun "Martin İden"i, Herman Hessenin "Knulp"u, Cəlil Məmmədquluzadənin "Kefli İsgəndər"i, Tolstoyun "Nexlyudov"u və s. olduğum yaş dövrlərim olub.
Cəlil Cavanşir (yazıçı)
- Heç bir roman qəhrəmanı ilə özümü müqayisə etməmişəm. Amma özümə doğma bildiyim roman obrazları var. Drayzerin "Dahi" romanında Yucin Vitla, Viktor Hüqonun "Səfillər" romanındakı Din şəhərinin yepiskopu Miriel Benvenü, Kunderanın "Zarafat" romanındakı Lüdvik və. s. Amma özümə bənzətdiyim roman qəhrəmanı yoxdur.
Mirmehdi Ağaoğlu (yazıçı)
- Qonçarovun "Oblomov" əsərinin qəhrəmanının adını çəkərdim. Bilmirəm ruhən nə qədər yaxınıq, amma tənbəllik canımı alanda Oblomov, onun taleyi, faciəvi sonu yadıma düşür. O dəqiqə bədənimə gümrahlıq gəlir, durub işlərimi görürəm. Bu mənada mən tez-tez Oblomovla özümü qorxuduram. Bu mənada Merso da sevdiyim obrazdır. Hərdən dünyaya Merso kimi laqeyd olmaq lazımdır. Yoxsa yaşamaq çox çətin olar.
Narıngül Babayeva (şairə)
- İtalyan yazıçısı Susanna Tamaronun "Ürəyinin səslədiyi yerə get" romanının əsas qəhrəmanı olan nənə surəti mənə ruhən çox yaxındır. Əslində, əsər bu qəhrəmanın dilindən nəql edilir, məktublar şəklində qələmə alınıb. Bu qadının düşüncələri, məntiqi fikirləri, altşüurdan süzülüb gələn frazalar mənə çox tanışdır. Əsəri oxuduqca mənə elə gəldi ki, müəllif mənim düşüncələrimi dilə gətirib. Məmnuniyyətlə əsərin qəhrəmanının son tövsiyəsinə qoşuluram: "Etməyə dəyən tək səfər, içimizə etdiyimiz səfərdir. O azad səsə qulaq verməli və ürəyimizin apardığı yerə getməliyik". Qeyd edim ki, bu roman öz müəllifinə böyük şöhrət qazandırıb.
Səidə Haqverdiyeva (yazıçı)
- Əvvələr, yəni 18-19 yaşım olanda Cəfər Cabbarlının “Oqtay Eloğlu”x9d əsərindəki Firəngiz ruhən mənə yaxın idi. O da səhnəyə can atırdı, məndə də belə bir arzu var idi... İndi düşünürəm daha çox kişi qəhrəmanlarına oxşayıram sanki.
Fərid Hüseyn (şair)
- İranda günahsız yerə həbs olunanda özümü Frans Kafkanın "Məhkəmə" romanının qəhrəmanı - K kimi hiss edirdim: Günahısız və cəzalandırılmış.
Əsəd Qaraqaplan, (yazıçı)
- Əslində çox roman qəhrəmanında bir az özümüzü görə bilər və daha yaxın hiss edə bilərik. Hətta bəzən mənfi qəhrəmanlarda belə. Özümü ən çox gördüyüm roman qəhrəmanları Raskolnikov ("Cinayət və Cəza"), Martin İden, Holden Kolfrid ("Çovdarlıqda uçurumdan qoruyan") və hətta Jan Batis Qrinoy ("Ətriyyatçı") olub. Və bunlar ruh halımdan asılı olub, özümü bəzən biri, bəzən də birində daha çox görmüşəm. Bir neçə il qabaq, məsələn, Koldfrid kimi görürdüm, ama indiki ruh halım daha çox Martin İdenə yaxındı. Eyni güclü və çalışqan adamın depressiv - son halı kimi. Ciddidən Martin kimi çöküş yaşadığımı hiss edirəm. Artıq get gedə heç nəyin bir anlamı qalmamış kimi gəlir mənə və bunun konkret səbəbi yoxdu. Sadəcə hər şey belə olduğu üçün belədi.
Mövlud Mövlud (yazıçı)
- Bəzən Orxan Pamukun "Qar" romanındakı KA obrazına çox bənzədiyimi düşünürəm. Onun kimi zəifliklərim var.
Leyla Namazova

























































































