1999-cu ildə Dağıstana təşkil olunmuş hücumun iştirakçılarından ikisi saxlanılıb.
Bizim.Media “RİA Novosti”yə istinadən məlumat verir ki, bu barədə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətindən (FTX) bildirilib.
Saxlanılanlar Stavropol vilayətindən olan 1975-ci il təvəllüdlü Rəsul Maylubayev və 1977-ci il təvəllüdlü Zahir Yaqubovdur.
Onlar 1999-cu ildə Şamil Basayev və Əmir Xəttabın dəstəsi tərəfindən Dağıstanın Botlix rayonuna təşkil olunmuş hücumda iştirak ediblər.
Həmin hücum zamanı 280 nəfər həlak olub, 800 nəfər yaralanıb.
Bizim.Media