İlhamə Quliyevanın sərvəti oğluna və nəvəsinə qalacaq

İlhamə Quliyevanın sərvəti oğluna və nəvəsinə qalacaq

Hazırda oxunan: İlhamə Quliyevanın sərvəti oğluna və nəvəsinə qalacaq

9694
"İlhamə xanımın yeganə hüquqi varisi onun oğludur. Onun var-dövləti də oğluna qalacaq”.
Sfera.az-ın APA-ya istinadla xəbərinə görə, bunu mərhum xalq artisti İlhamə Quliyevanın vəkili Elmira Məmmədova deyib.
İlhamə Quliyevanın var-dövlətini əsgərlərə bağışlaması barədə vəsiyyət etməsi haqda mətbuatda yayılan məlumatlara münasibət bildirən vəkil bildirib ki, onun bu haqda məlumatı yoxdur:
"Mənimlə dəfələrlə söhbətində deyib ki, nəyim varsa, oğlumun və nəvəmindir”.
İlhamə Quliyevanın həbsdə olan köməkçisi Mehriban Hüseynovanın mətbuata təqdim etdiyi məktub və əlyazmaların böhtan, saxta olduğunu açıqlayan E.Məmmədova "İstintaq başa çatmayıb, məhkəmənin nə zaman olacağı bilinmir. Amma mən məhkəmə işinin sonuna qədər gedəcəyəm, İlhamə xanımın intiqamını alacağam”, - deyə bildirib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO