Bolqarıstan vətəndaşlarını təcili Rusiyanı tərk etməyə çağırdı

Bolqarıstan vətəndaşlarını təcili Rusiyanı tərk etməyə çağırdı

Hazırda oxunan: Bolqarıstan vətəndaşlarını təcili Rusiyanı tərk etməyə çağırdı

96098

Bolqarıstan hökuməti hazırda Rusiyada olan vətəndaşlarını təcili olaraq ölkəni tərk etməyə çağırıb. Eyni zamanda Rusiya Federasiyasına səfərdən çəkinmələri də xahiş olunub. Buna səbəb Rusiyada elan olunan qismən səfərbərlikdir.

Bizim.Media “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Vəziyyətin pisləşməsi ilə əlaqədar Bolqarıstan Respublikasının Xarici İşlər Nazirliyi Rusiya Federasiyasına səfərdən çəkinməyə çağırır. Həmçinin Rusiya Federasiyasında olan Bolqarıstan vətəndaşlarına əlçatan nəqliyyat vasitələrindən istifadə edərək ölkəni mümkün qədər tez tərk etmələrini tövsiyə edir”, - deyə məlumatda deyilir.
Eyni zamanda Rusiya ərazisində qalan Bolqarıstan vətəndaşlarına daha ayıq-sayıq olmaq, insanların sıx toplaşdıqları yerlərdən uzaq durmaq, vəziyyətin gedişatını və inkişaf xəttini diqqətdə saxlamaq məsləhət görülür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO