"Ukraynadan 5 milyon tondan çox taxıl ixrac olunub” - Ərdoğan 

Hazırda oxunan: "Ukraynadan 5 milyon tondan çox taxıl ixrac olunub” - Ərdoğan 

95911

“İndiyədək Ukraynadan 5 milyon tondan çox taxıl ixrac olunub”. 

Bizim.Media “hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

Türkiyə lideri bildirib ki, Ankara Moskva və Kiyevlə dialoqu davam etdirir: 

“Taxıl sazişi” kimi uğura imza atmışıq. Biz koronavirus pandemiyasında olduğu kimi, yenə də panikaya qapılmadıq”. 

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi bu il fevralın 24-də başlayıb. Nəticədə Ukrayna taxılının dünya bazarına çıxarılması mümkünsüz olub.
Ancaq iyul ayında İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT arasında baş tutan danışıqlar zamanı dünya ölkələrinə taxıl daşınmasına dair razılıq əldə olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO