İtaliyada keçirilən parlament seçkilərində "İtaliya qardaşları", "Liqa" və "İrəli, Italiya" partiyalarının sağ mərkəzçi koalisiyası 44,53% səslə qalib gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya seçki komissiyasının funksiyalarını yerinə yetirən Daxili İşlər Nazirliyinin saytında yerləşdirilib.
Deputatlar Palatasına keçirilən seçkilərdə sağ mərkəzçilər 44,34% səs toplayıb.
İfrat sağçı “İtaliya qardaşları” partiyasının lideri Corc Meloni hökumət başçısı postuna namizəd kimi irəli sürüləcək. Bu halda o, ölkə tarixində ilk qadın baş nazir olacaq.
İtaliya Demokratik Partiyasının sədr müavini Debora Serrakkyani artıq seçkilərdə məğlub olduqlarını etiraf edib və demokratların müxalifətə keçdiyini bildirib.
Xəbər verildiyi kimi, ikinci yerdə sol-mərkəzçi koalisiya, üçüncü yerdə populist “Beş ulduz” Hərəkatı qərarlaşıb.
Bizim.Media
![İtaliyada seçkilərin nəticələri AÇIQLANDI – Sağçılar iqtidara gəlir – FOTO İtaliyada seçkilərin nəticələri AÇIQLANDI – Sağçılar iqtidara gəlir – FOTO](https://bizim.media/file/articles/2022/09/26/1664173886_d1.jpg)
- A-
- A
- A+
Dünya
10:29 / 26.09.2022
İtaliyada seçkilərin nəticələri AÇIQLANDI – Sağçılar iqtidara gəlir – FOTO
Hazırda oxunan: İtaliyada seçkilərin nəticələri AÇIQLANDI – Sağçılar iqtidara gəlir – FOTO
Hazırda oxunan: İtaliyada seçkilərin nəticələri AÇIQLANDI – Sağçılar iqtidara gəlir – FOTO
95761
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.