Zelenski dağıstanlılara müraciət etdi: “Övladlarınızı ölümə göndərməyin!”

Zelenski dağıstanlılara müraciət etdi: “Övladlarınızı ölümə göndərməyin!”

Hazırda oxunan: Zelenski dağıstanlılara müraciət etdi: “Övladlarınızı ölümə göndərməyin!”

95738

“Dağıstan sakinləri və Rusiya Federasiyasının digər vətəndaşları uşaqlarının həyatını xilas etmək üçün Rusiyada səfərbərliyə qarşı mübarizəni davam etdirməlidirlər”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Ukrayna prezidenti Volodimir Zelenski müraciətində səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ukrayna ABŞ-dan hava hücumundan müdafiə sistemləri aldı - Zelenski açıqladı


“Biz görürük ki, insanlar, xüsusən Dağıstanda həyatları üçün mübarizə aparmağa başlayıblar. Başa düşürlər ki, bu, həyatla bağlı sualdır. Nə üçün onların qardaşları, oğulları bu müharibədə həlak olmalıdır? Bir adamın istədiyi müharibədə. O, öz övladlarını müharibəyə göndərmir. Övladlarınızın ölümə göndərilməməsini təmin etmək üçün mübarizə aparın", deyə Zelenski qeyd edib.

O, həmçinin vurğulayıb ki, mitinq iştirakçıları Ukrayna ərazisinə gəlmək qərarına gəlsələr, sağ-salamat buraxılmayacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO