Niderland polisi 70 milyard dollarlıq narkobaronu həbs edib

Niderland polisi 70 milyard dollarlıq narkobaronu həbs edib

Hazırda oxunan: Niderland polisi 70 milyard dollarlıq narkobaronu həbs edib

9546

Bizim.Media “NL Times” portalına istinadən məlumat verir ki, bu gün Niderland polisi “Sxipxol” aeroportunda dünyada narkotik biznesi ilə bağlı ən çox axtarışda olan şəxslərdən biri sayılan Se Çjileni saxlayıb.

Kanadaya getmək niyyətində olan Çin əsilli Kanada vətəndaşı Se Çjile Avstraliya polisinin sorğusu əsasında saxlanılıb. İnterpol 2019-cu ildən 57 yaşlı narkobaronı axtarışa verib. Niderland polisi hazırda Se Çjilenin ekstradisiyası üçün Avstraliya hüquq-mühafizə orqanları ilə əlaqə saxlayır.

Yerli KİV-lərin məlumatına görə, Se Çjile il ərzində dövriyyəsi 70 milyard dollara çatan narkotik qruplaşmaya rəhbərlik edir. Se Çjile əvvəllər Torontoda, son illər isə Makao, Honkonq və Tayvanda yaşayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO