Ərdoğandan Rusiyaya ÇAĞIRIŞ:

Ərdoğandan Rusiyaya ÇAĞIRIŞ: "Krımı geri qaytarın!"

Hazırda oxunan: Ərdoğandan Rusiyaya ÇAĞIRIŞ: "Krımı geri qaytarın!"

94728

“Rusiya ilə Ukrayna arasında sülhün əldə olunmasında Rusiya tərəfindən Ukraynanın işğal olunmuş ərazilərinin, o cümlədən Krımın geri qaytarılması xüsusi əhəmiyyət kəsb edir”.

Bizim.Media xəbər verir ki, bunu PBS telekanalına müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Hazırda gözlənilən budur. Bu məsələdə cənab Quterreş (BMT Baş Katibi) müəyyən addımlar atıb. Bizim də atdığımız addımlar var. Ərazilərin qaytarılması həqiqətən işimizi asanlaşdıracaq”, - Türkiyə prezidenti vurğulayıb. 

“Krım tatarları da bizim soydaşlarımızdır. Rusiyaya dedik ki, “əgər siz bu addımı atarsınızsa, o zaman biz, Ukrayna və Krım tatarları sakitləşəcək”. Amma təəssüflər olsun ki, o vaxtdan bəri bu istiqamətdə heç bir addım atılmayıb”, deyə o, qeyd edib.

Həmçinin Türkiyə lideri bildirib ki, işğala heç bir bəraət qazandırmaq olmaz:

“Baş verənlərin səbəbini yalnız Ukrayna və Rusiya prezidentləri izah edə bilər. Ona görə də Türkiyə balanslaşdırılmış siyasət aparır və hər iki tərəfi dinləməyə hazırdır”.
“Biz həm cənab Putin, həm də cənab Zelenski ilə danışıqlar aparırıq. BMT-nin baş katibi hər iki liderlə əlaqələri davam etdirir. Əgər nəticə əldə etmək istəyiriksə, o zaman hər iki liderlə danışmalıyıq. İnsanlar təkcə Ukrayna tərəfdən deyil, Rusiya tərəfdən də ölür”, - Ərdoğan vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO