Texasda yaşayan 31 yaşlı Yadira Rostro adlı qadın baş ağrılarından əziyyət çəkdiyi üçün həkimə gedib.
xa0
Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, həkimlər müayinədən sonra onun beynində 8 bağırsaq qurdu sürfəsinin olduğunu aşkar ediblər.
xa0
Həkimlər qadının beynindəki qurdların qidadan keçdiyini və zamanla beyinə çatdığını deyiblər. Bu vaxta qədər belə halla rastlaşmayan həkimlər qadını dərhal əməliyyat ediblər. Qadının beyni soxulcanlardan təmizləndikdən sonra ağrıları azalıb.


































































































