Qonşusunu “satan” İsveçrə sakinlərinə pul veriləcək

Qonşusunu “satan” İsveçrə sakinlərinə pul veriləcək

Hazırda oxunan: Qonşusunu “satan” İsveçrə sakinlərinə pul veriləcək

93278

İsveçrə sakinlərindən evlərini 19 dərəcədən yuxarı qızdıran qonşuları barədə aidiyyəti orqanlara məlumat vermələri xahiş olunur. 

Bizim.Media “rambler.ru”ya istinadən xəbər verir ki, müvafiq plakatlar ölkənin müxtəlif yerlərində quraşdırılıb.  

Bu cür məlumatlara görə 200 frank (354,55 manat) vəd edilir. Bununla yanaşı, xəbər verən şəxsin anonimliyinə də təminat verilir. 

Qeyd edək ki, ölkə sakinlərini evlərində temperaturu 19 dərəcədən yuxarı saxladıqları təqdirdə cərimə və 3 ilədək həbs gözləyir.

Qəsdən qanun pozuntusuna görə azadlıqdan məhrumetmə cəzasının nəzərdə tutulduğu, digər hallarda cərimənin tətbiq olunacağı dəqiqləşdirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO