“Almaniya Ukrayna ilə bağlı mövqeyini 180 dərəcə dəyişib” – NAZİR

“Almaniya Ukrayna ilə bağlı mövqeyini 180 dərəcə dəyişib” – NAZİR

Hazırda oxunan: “Almaniya Ukrayna ilə bağlı mövqeyini 180 dərəcə dəyişib” – NAZİR

93235

“Almaniya Rusiyanın hücumundan sonra Ukraynaya hərbi yardımla bağlı mövqeyini 180 dərəcə dəyişib. Berlin lazım olduğu qədər ukraynalıları silahla təmin edəcək”.

Bizim.Media “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu fikirləri Almaniyanın xarici işlər naziri Annalena Burbok Yalta Avropa Strategiyasının (YES) forumunda səsləndirib.

“Biz 150% Ukraynanın və Ukrayna xalqının tərəfindəyik. Bizə ehtiyacı olduğu müddətdə onlarla birlikdə olacağıq”, – Burbok bildirib.

Onun sözlərinə görə, fevralın 24-dək Almaniya Ukraynaya silah verməyib, çünki bu, Rusiyanın işğalı üçün əsas ola bilərdi, lakin indi vəziyyət 180 dərəcə dəyişib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO