Rusiya MN:

Rusiya MN: "Havaya qalxan Ukrayna qırıcıları dərhal vurulur"

Hazırda oxunan: Rusiya MN: "Havaya qalxan Ukrayna qırıcıları dərhal vurulur"

92410

Rusiya ordusu Ukraynaya məxsus 3 "Su-25" qırıcı təyyarəsini vurub.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov qırıcıların Nikolayev vilayətində vurulduğunu açıqlayıb. 

O qeyd edib ki, Ukraynanın havaya qalxan təyyarə və PUA-ları dərhal vurulur.

"Ukrayna ordusu Nikolayev-Krivorojskiy istiqamətlərində öz mövqelərini qorumağa çalışır. Visunsk, Yavkino, Berezeneqovovatoye və Çervonopolye yaşayış məntəqələri yaxınlığında xeyli sayda Ukrayna hərbçisi və döyüş texnikası zərərsizləşdirilib", - deyə İqor Konaşenkov vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO