Tacikistanda səbəbkarı ad günü tortuna görə 633 dollar cərimə etdilər

Tacikistanda səbəbkarı ad günü tortuna görə 633 dollar cərimə etdilər

Hazırda oxunan: Tacikistanda səbəbkarı ad günü tortuna görə 633 dollar cərimə etdilər

92156
Məhkəmə 25 yaşlı Düşənbə sakini Əmir İsayevi kafedə qeyd etdiyi ad günündə dostlarını torta qonaq etdiyi üçün 4 min somoni (633 dollar) cərimə edib.

Oxu.Az xəbər verir ki, bu barədə avqustun 25-də “İnterfaks”x9d bildirib.

Heç bir yerdə işləməyən İsayevə qarşı Prokurorluqda cinayət işi Facebook səhifəsində paylaşdığı şəkillər əsasında açılıb.  

Şəkillərdə o, dostları və tort əks olunub.

Məhkəmə səbəbkarın “Tədbirlərin keçirilməsinin qaydaları barədə”x9d Qanunun 8-ci maddəsini pozduğunu hesab edir, həmin maddədə “ad günləri könüllü və yalnız ailə üzvləri arasında qeyd edilir”x9d yazılıb.  

İsayev iddia edir ki, heç nə qeyd etməyib.

“Hədiyyə, tost olmayıb, hətta gətirdiyim tortun üstündə nə şam, nə də yazı yox idi. 13 nəfər üçün hesab 540 somonidən ibarət olub”x9d, -  o, məhkəmədə bildirib. O həmçinin qeyd edib ki, hər kəs öz sifarişini özü ödəyib.

Şahidlər İsayevin sözlərinin həqiqi olduğunu təsdiq ediblər. İndi səbəbkar yuxarı instansiyanın qərarına ümid edir.

Tacikistanın “Tədbirlərin keçirilməsinin qaydaları barədə”x9d Qanunu 2007-ci ildə prezident Emomali Raxmonun təşəbbüsü ilə qəbul edilib. O, müxtəlif tədbirlərdə qonaqların, yeməklərin və avtomobillərin sayını sərt şəkildə məhdudlaşdırır. Bu qanunun qəbul edilməsinə səbəb isə respublika sakinlərinin müxtəlif tədbirlərin keçirilməsi üçün böyük məbləğdə pul vəsaitini kreditə götürməsi və illərlə onu ödəməsi olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO