Pentaqon: \

Pentaqon: \"ABŞ İranla nüvə razılaşmasına yaxındır\"

Hazırda oxunan: Pentaqon: \"ABŞ İranla nüvə razılaşmasına yaxındır\"

91431

"ABŞ hökuməti İranla nüvə razılaşmasına daha yaxındır".

Bizim.Media xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Con Kirbi bildirib.

O, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın, “nüvə razılaşması üçün ABŞ-dan daha güclü öhdəliklər gözlənilir” barədə açıqlamasına da münasibət bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

“30-dan çox ölkə Ukraynaya silah və texnika tədarük edir” - ABŞ-ın müdafiə naziri


“İnanırıq ki, ötən həftələr və aylarla müqayisədə indi razılığa daha yaxınıq. Bunun əsas səbəbi İranın razılaşma ilə bağlı bəzi tələblərindən imtina etməyə hazır olmasıdır. Buna görə də müqavilə ilə irəliləyəcəyimizə dair nikbin fikirlər var”,- deyə C.Kirbi bildirib.

Pentaqon rəsmisi vurğulayıb ki, ABŞ-ın nüvə sazişi ilə bağlı fikirlərlə bağlı İrana cavabı nə Avropa İttifaqından (Aİ) nə də İrandan hələlik cavab almayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO