Londonda Azərbaycana dəstək məqsədilə avtoyürüş keçirilib

Londonda Azərbaycana dəstək məqsədilə avtoyürüş keçirilib

Hazırda oxunan: Londonda Azərbaycana dəstək məqsədilə avtoyürüş keçirilib

894

Böyük Britaniyada yaşayan azərbaycanlılar Londonda Azərbaycan Ordusuna dəstək məqsədilə avtoyürüş keçiriblər.

Avtoyürüşə 18 oktyabr – Dövlət Müstəqilliyi Günündə Londonda “Trent Park” yaxınlığından start verilib. “Alexandra Palace” adlanan ərazidə başa çatan aksiyaya Britaniyanın müxtəlif şəhərində yaşayan azərbaycanlılar, türkiyəlilər, İsrail vətəndaşları qatılıblar.

Üzərində Azərbaycan bayrağı olan avtomobillərdə hərəkət edən avtoyürüş iştirakçıları ictimaiyyətin diqqətini cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonların, o cümlədən Gəncə və Mingəçevir şəhərlərinin mülki əhalisinin ağır artilleriyadan atəşə tutulmasına yönəldiblər.

Avtoyürüş iştirakçıları daha sonra “Alexandra Palace”da toplaşaraq şəhidlərin və həyatını itirən mülki vətəndaşların ruhunu bir dəqiqəlik sükutla yad ediblər, daha sonra Azərbaycanın Dövlət himni oxunub.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO