Moderator.az-ın verdiyi xəbərə görə, Nigeriyada Boko Haram təşkilatına qarşı təşkil edilən əməliyyatlarda əsir tutulan 178 nəfər xilas edilib.
Nigeriyada ordudan edilən açıqlamada Borno əyalətinin paytaxtı Maidugurinin 70 kilometr cənub-şərqindəki Bama bölgəsində təşkil edilən əməliyyatlarda, xilas edilənlərin arasında 67 qadınla 101 uşağın olduğu ifadə edilib.
Əməliyyatlarda çox sayda Boko Haram üzvünün öldürüldüyü və təşkilatın bəzi düşərgələrinin yox edildiyi açıqlanıb.
Hərbi birliklər keçən həftə də 71 nəfəri xilas edib. Xilas olunanların arasında Boko Haramın 2014-ün aprel ayında Chibokdakı bir məktəbdən qaçırdığı 219 gənc qızın da olub olmadığı hələ bilinmir.
Adı yerli Hausa dilində "Qərbli tərzdə təhsil qadağandır" mənasını verən Boko Haram təxminən 160 milyon əhalisi ilə Afrikanın ən sıxlıq ölkəsi Nigeriyanın şimalında 2002-ci ildə qurulub.
Təşkilatın liderləri Məhəmməd Yusifin 2009-cu ildə polis nəzarətindəykən ölməsindən sonra başlatdığı kütləvi şiddət hərəkətlərində 15 mindən çox adam həyatını itirib, minlərlə adam isə yerlərindən olub.
Beynəlxalq Əfv Təşkilatı məlumatlarına görə, 2014-ün əvvəlindən bu yana 2 mindən çox qadın və gənc qız Boko Haram tərəfindən qaçırılıb.
































































































