Lavrov: “Yaşayış yerlərinə zərbələrin endirilməsi dayandırılmalıdır”

Lavrov: “Yaşayış yerlərinə zərbələrin endirilməsi dayandırılmalıdır”

Hazırda oxunan: Lavrov: “Yaşayış yerlərinə zərbələrin endirilməsi dayandırılmalıdır”

Özət:
  • Atəş dərhal dayandırılmalıdır.
  • Beynəlxalq oyunçular ziddiyyətli ritorikaya son qoymalıdır.
  • Moskvadakı görüşdən sonra bizim ümidlərimiz doğrulmadı.
886

“Moskva razılşamasına baxmayaraq, sivil yaşayış yerlərinə zərbələr endirilməsi davam edib, bu, yolverilməzdir. Atəş dərhal dayandırılmalıdır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri  Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Avropa Şurasının baş katibi Mariya Pesçinoviç Buriç ilə birgə mətbuat konfransında səsləndirib.

Sergey Lavrov deyib ki,  indi başlıca məsələ tərəflər və cavabdeh beynəlxalq oyunçular tərəfindən ziddiyyətli ritorika son verilməsidir: “Növbəti vacib addım isə hərbi əməliyyatların və mülki obyektlərə zərbələrin dayandırılmasıdır. Bütün bunlar həmsədr ölkələrin dövlət başçılarının birgə bəyanatında, Moskvada Xarici İşlər nazirlərinin razılaşdırdığı sənəddə və oktyabrın 18-də razılaşdırılan sənəddə təsdiqini tapıb. Moskvadakı görüşdən sonra bizim ümidlərimiz doğrulmadı". 

Rusiyalı nazir atəşkəsin işləməsi üçün ona nəzarət mexanizmlərinin vacibliyindən danışıb:

“Bizim Müdafiə Nazirliyimiz bunun üzərində Azərbaycan və Ermənistandan olan həmkarları ilə aktiv işləyir. Ümid edirik ki, ən yaxın vaxtlarda bu cür mexanizm razılaşdırılacaq”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO