İtkin düşən 6 yaşlı qızı 600 nəfər axtarır

Hazırda oxunan: İtkin düşən 6 yaşlı qızı 600 nəfər axtarır

88543

Perm diyarının Verxneçusovskiye Qorodki kəndində itkin düşən altı yaşlı qızı təxminən 600 nəfər axtarır. Onların arasında könüllülər, polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, yerli sakinlər və jurnalistlər da var.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı 59.RU saytı yayıb.

Məlum olub ki, 2022-ci il avqustun 12-də altı yaşlı qız günorta saatlarında Hagi Vagi oyuncağı almaq üçün mağazaya gedib. Yanında tələb olunan məbləğ olmadığı üçün evdən pul götürüb mağazaya qayıdıb və istədiyini alıb. Axşam saat 19:00 radələrində yenidən mağazaya gedib, atası uşağın yolda getdiyini görüb.

Mağaza bağlı olduğundan qız ora çatmayıb və yoxa çıxıb. Uşağın yanında aldığı oyuncaq olub. Hər kəs itlərlə birlikdə kəndi və ətrafı gəzib, quyuları yoxlayıb, tərk edilmiş evlərə baxıb. Yüzə yaxın şahid dindirilib, amma heç kim onu görməyib. Ehtimal olunur ki, kimsə onu qorxudub. O isə tərk edilmiş evlərin birində gizlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO