Qırmızı dənizdə İran gəmisinə hücum  - TOQQUŞMA BAŞ VERDİ

Qırmızı dənizdə İran gəmisinə hücum  - TOQQUŞMA BAŞ VERDİ

Hazırda oxunan: Qırmızı dənizdə İran gəmisinə hücum  - TOQQUŞMA BAŞ VERDİ

87974

İrana məxsus gəmi Qırmızı dənizdə bir neçə katerin hücumuna məruz qalıb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin hərbi əməliyyatlar idarəsinin rəis müavini, kontr-admiral Mustafa Tacəddini açıqlama verib.

"Qırmızı dənizdə missiyada olan “Camaran” esminesinin başçılıq etdiyi müşayiət qrupu ötən gecə həmin dənizdə İran gəmisindən yardım çağırışı alıb. Budan sonra göstərilən əraziyə gedilib. Gəmi əraziyə çatdıqdan sonra hücum qayıqları ilə döyüşə girib", - deyə M.Tacəddini vurğulayıb.

O əlavə edib ki, müşayiət qrupunun effektiv tədbirləri sayəsində qarşı tərəf geri çəkilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO