Merilenddəki hərrac evi vaxtilə Adolf Hitlerə məxsus olmuş qol saatını 1,1 milyon dollara satıb.
Bizim.Media xəbər verir ki, Çesapik-Sitidəki “Alexander Historical Auctions” hərrac evi bu qol saatını “İkinci Dünya müharibəsi dövrünün yadigarı” adlandıraraq eksponata 2-4 milyon dollar qiymət qoyub.
ABŞ mediasından verilən məlumata görə, bu həftə yəhudi təşkilatları və amerikalı ictimaiyyətçilər həmin satışa etiraz edən onun heç bir tarixi dəyərə malik olmadığını bildiriblər.
“Alexander Historical Auctions” hərrac evinin prezidenti Bill Panaqopulos hərracın hərəkətini müdafiə edərək bildirib ki, həmin saatı alan şəxs avropalı yəhudidir.
Saat AH inisialları və svastika ilə bəzədilib. Hərrac evi bildirib ki, 1945-ci il mayın 4-də müttəfiqlərin qoşun hissələri Berxteskadendə Hitlerin iqamətgahına gələrkən bir fransız əsgər həmin saatı hərbi qənimət kimi götürüb.
Nasistlərin lideri 1945-ci il aprelin 30-da Berlində ölüb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:14 / 08.08.2022
Hitlerin qol saatı 1,1 milyon dollara satıldı - FOTO
Hazırda oxunan: Hitlerin qol saatı 1,1 milyon dollara satıldı - FOTO
Hazırda oxunan: Hitlerin qol saatı 1,1 milyon dollara satıldı - FOTO
87490
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.