Medvedev QƏRBİ ittiham etdi: “Məqsədləri Rusiyanı məhv etməkdir”

Medvedev QƏRBİ ittiham etdi: “Məqsədləri Rusiyanı məhv etməkdir”

Hazırda oxunan: Medvedev QƏRBİ ittiham etdi: “Məqsədləri Rusiyanı məhv etməkdir”

87481

“Qərbin məqsədi Rusiyanı məhv etməkdir”.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev səsləndirib.

O, açıqlamasında həmçinin digər mövzulara da toxunub.

Rusiyanın sabiq prezidenti hesab edir ki, Krımın qaytarılması yeganə düzgün qərar idi və bu, ölkəni gücləndirdi.

Medvedevin fikrincə, Gürcüstan çətin ki, sovet dövründə onun tərkibində olan, sonradan müstəqilliklərini elan etmiş Abxaziya və Cənubi Osetiyaya qarşı yeni təcavüzə başlasın:

“Rusiya 2008-ci ildə Gürcüstana, 2022-ci ildə Ukraynaya bilərəkdən qoşun yeridib, çünki başqa çıxış yolu olmayıb. 2008-ci ilin avqustunda Gürcüstanı sülhə məcbur edən tədbirlər vətəndaşların müdafiəsi üçün həyata keçirilib”.
Rusiyalı siyasətçi qeyd edir ki, ABŞ hakimiyyəti Ukraynanın taleyi ilə maraqlanmır: “Ancaq hər kəs bilməlidir ki, Gürcüstan və Ukrayna heç vaxt Aİ və NATO-nun üzvü olmayacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO