Türkiyəli nazir İsveç və Finlandiyanın NATO-ya üzvlüyü haqda danışdı

Türkiyəli nazir İsveç və Finlandiyanın NATO-ya üzvlüyü haqda danışdı

Hazırda oxunan: Türkiyəli nazir İsveç və Finlandiyanın NATO-ya üzvlüyü haqda danışdı

87422

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib ki, İsveç və Finlandiya terrorla mübarizə öhdəliklərini yerinə yetirməyənə qədər ölkəsi NATO üzvlüyünü dəstəkləməyəcək.

Bizim.Media xəbər verir ki, nazir bu barədə “Akit TV” telekanalının efirində deyib.

“Onların sözlərinin üstündə durmayınca Türkiyədən (İsveç və Finlandiyaya – red) dəstək məsələsində müsbət qərar gözləmək lazım deyil”, - nazir deyib.

O, həmçinin bildirib ki, rəsmi Ankara hələ də İsveç və Finlandiyadan terror fəaliyyətində iştirak edən şəxslərin ekstradisiyası ilə bağlı müraciətlərə cavab almayıb.

Türkiyə hakimiyyəti bundan əvvəl bəyan edib ki, NATO-nun Madriddə keçirilən sammiti çərçivəsində İsveç və Finlandiya ilə imzalanmış memorandum yekun deyil və Stokholm və Helsinki terror təşkilatlarına qarşı mübarizə üzrə orada nəzərdə tutulan öhdəlikləri yerinə yetirməsə, ölkə parlamenti onu təsdiq etməyə bilər.

Qeyd edək ki, razılaşmadan sonra İsveçdə PKK terror qruplaşması tərəfdarlarının aksiyası keçirilib. Report.az-ın məlumatına görə, bu da yerli hakimiyyət orqanlarının terrorçulara dəstək verdiyini bir daha sübut edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO