ABŞ-ın qanadlı raketlər daşıyan gəmisi Türkiyəyə gəldi

ABŞ-ın qanadlı raketlər daşıyan gəmisi Türkiyəyə gəldi

Hazırda oxunan: ABŞ-ın qanadlı raketlər daşıyan gəmisi Türkiyəyə gəldi

86314

ABŞ-ın güclü raketlərə malik olan “USS Forrest Sherman” gəmisi (esmines) Türkiyənin cənub-qərbində yerləşən Aksaz hərbi dəniz bazasına gəlib.

Bizim.Media “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın 6-cı əməliyyat donanması məlumat yayıb.

“Tomahawk” qanadlı raketlərini daşıyan bu esmines NATO-nun İkinci Daimi Dəniz Qrupunun (SNMG-2) flaqmanıdır. Aralıq dənizində fəaliyyət göstərən bu qrupa Türkiyə, İtaliya və Yunanıstan donanmalarının freqatları daxildir.

Ən son məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarədaşıyan “Harry Truman” gəmisinin başçılıq etdiyi zərbə qrupu Balkanların qərbindəki Adriatik bölgəsində növbətçilik edir.

Bundan əvvəl “Harry Truman”ın göyərtəsində olan EA-18 döyüş təyyarələri Rumıniyanın hava məkanında təlim uçuşları həyata keçirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO