Ukrayna taxılını daşıyacaq ilk gəmilərin sabah dənizə çıxacağı gözlənilir

Ukrayna taxılını daşıyacaq ilk gəmilərin sabah dənizə çıxacağı gözlənilir

Hazırda oxunan: Ukrayna taxılını daşıyacaq ilk gəmilərin sabah dənizə çıxacağı gözlənilir

86234

“İyulun 31-də yükləmə prosesi başa çatdıqdan sonra taxıl daşıyan ilk gəmilər Ukrayna limanlarını tərk edə bilər”. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin POLARNET yük gəmisinin kapitanı Əhməd Yücel Əlibəylər şənbə günü Ahaber telekanalının efirində deyib. 

“İyulun 31-i günorta saatlarında gəmilərə taxılın yüklənməsi başa çatmalıdır. Gəmilərin yola düşmə vaxtı dəqiqləşməsə də, bu, elə həmin gün baş verə bilər. Daha sonra İstanbula qədər izləyəcəyimiz dəhliz və koordinatlar müəyyən ediləcək”, - deyə kapitan bildirib. 

Konvoya neçə yük gəmisinin daxil olacağı bilinmir. Daha öncə missiya çərçivəsində dənizə ilk olaraq üç gəminin çıxacağı deyilirdi. Lakin Ankaradakı mənbənin məlumatına görə, konvoyun tərkibi artırıla bilər.  
Xatırladaq ki, iyulun 22-də İstanbulda dünya bazarlarına ərzaq və gübrə tədarükü probleminin həlli üçün sənədlər paketi imzalanıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO