Bu adam karantində darıxanlar üçün özünü kirayə verir - FOTO

Bu adam karantində darıxanlar üçün özünü kirayə verir - FOTO

Hazırda oxunan: Bu adam karantində darıxanlar üçün özünü kirayə verir - FOTO

8527

Yaponiyada Shoji Morimoto adlı kişi özünü kiralayaraq günə 200 dollara yaxın qazanc əldə edir.

Bizim.Media xəbər verir ki, qısa müddətdə sosial media fenomeni olan 35 yaşlı Morimoto, pandemiya dövründə insanların təkliyini paylaşaraq pul qazanır.

Belə ki, o, karantin dövründə yalnız  və ya depresiyaya düşən insanlarla görüşərək, onlarla həmsöhbət olur, yemək yeyir və suallarına çox bəsit cavablar verir. Hər gün üç və ya dörd müştəri ilə görüşüb, qazancını artıra bilir. Onun sosial media hesabında yazılan şərhlər də diqqət çəkir. Bəziləri “Mənimlə alış-verişə çıxdı”, bəziləri isə “Mənimlə yürüş etdi” kimi şərhlər edir.

Morimoto özünü belə ifadə edir:

“Mən özümü kirayə verirəm. Bir mağazaya tək getmək  istəmirsinizsə, sizi dinləyən birini yanınızda istyərisinizsə mən sizi qınamadan dinləyə və yalnızlığınızı paylaşa bilərəm”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO