Tramp: “ABŞ yalnız Allahın qarşısında diz çökə bilər”

Tramp: “ABŞ yalnız Allahın qarşısında diz çökə bilər”

Hazırda oxunan: Tramp: “ABŞ yalnız Allahın qarşısında diz çökə bilər”

85152

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı dövlət başçısı Co Baydeni ABŞ-ı “kasıb ölkəyə” çevirməkdə ittiham edib.

Bizim.Media Qərb mətbuatına istinadən xəbər verir ki, bu barədə o, Floridada keçirilən tələbə konfransında bildirib.

O vurğulayıb ki, Baydenin cəmi iki il ərzində etdiyi hərəkətlərə görə, ölkə öz hörmətini itirib. 

“Biz enerji baxımından müstəqil ölkə idik, indi Bayden diz çökərək başqa ölkələrdən enerji resursları üçün yalvarır”, - deyə siyasətçi qeyd edib.

Tramp əlavə edib ki, ABŞ yalnız Allahın qarşısında diz çökə bilər.

Xatırladaq ki, iyulun 15-də Tramp 2024-cü il prezident seçkilərində iştirakla bağlı qərar verdiyini açıqlayıb. Siyasətçi hələ də bunu nə vaxt elan edəcəyini bilmədiyini deyib:

“Fikirləşirəm ki, bu, Konqresə payızda keçiriləcək aralıq seçkilərdən əvvəl və ya ondan sonra baş verəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO