Ukrayna səfiri Yunanıstan XİN-ə çağırıldı

Ukrayna səfiri Yunanıstan XİN-ə çağırıldı

Hazırda oxunan: Ukrayna səfiri Yunanıstan XİN-ə çağırıldı

85014

Ukrayna səfiri Sergey Şutenko Kiyevdən gələn sanksiya hədələrinə görə Yunanıstan Xarici İşlər Nazirliyinə çağırılıb.

Bizim.Media xəbər verir ki, bir neçə gün əvvəl Yunanıstan Xarici İşlər Nazirliyinə Ukrayna diplomatik nota göndərib və Rusiyada fəaliyyət göstərən 7 yunan şirkəti ilə bağlı dəqiqləşdirmələr tələb olunub.

Bildirilib ki, sözügedən yunan şirkətləri Ukrayna hadisələri ilə bağlı Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara məruz qalmır. Ukrayna Yunanıstanı bu firmaların Rusiyada işləməyə davam etməsinə görə sanksiyalarla hədələyib.
Şutenko müvafiq notanı ölkəsinin tələbi ilə göndərdiyini, eyni zamanda yunan şirkətlərinin fəaliyyəti ilə bağlı kifayət qədər izahatlara malik olmadığını iddia edib. (Axar.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO