Rusiyada qəzaya düşən helikopterin qalıqları aşkarlandı – YENİLƏNİB

Rusiyada qəzaya düşən helikopterin qalıqları aşkarlandı – YENİLƏNİB

Hazırda oxunan: Rusiyada qəzaya düşən helikopterin qalıqları aşkarlandı – YENİLƏNİB

84045

Rusiyada radarlardan itən “Robinson” helikopterin qalıqları Kamçatkada aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TASS agentliyi yayıb.

Mənbə yazır ki, bunu regionun qubernatoru Vladimir Solodov bildirib. Hadisə yerinə xilasedicilər göndərilib.

Havada yanmağa başladığı bildirilən helikopterdəki 3 heyət üzvünün taleyi hələlik məlum deyil.

*** 09:11

Rusiya Fövqəladə Hallar Nazirliyinin "Mİ-8" helikopteri radalardan itən "Robinson" helikopterinin axtarışı üçün havaya qalxıb.

Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin rəgional rəhbəri deyib.

İlkin məlumatlara görə, radarlardan itən helikopterin göyərtəsində üç nəfər olub. Əməliyyat məlumatlarına görə, "Robinson" hava gəmisi "Uzon" vulkanının kalderası - Milkovo kəndi marşrutu ilə hərəkət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO