Kim Çen İnin bacısı Cənubi Koreya hərbçilərini təhqir etdi

Kim Çen İnin bacısı Cənubi Koreya hərbçilərini təhqir etdi

Hazırda oxunan: Kim Çen İnin bacısı Cənubi Koreya hərbçilərini təhqir etdi

8386

KXDR rəhbərinin kiçik bacısı Kim Jo Çjon Cənubi Koreya hərbçilərini Pxenyana qarşı casusluq etməkdə günahlandırıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı news.ru saytı yayıb.

Mənbə yazır ki, Seullu rəsmilər şimalda keçirilən hərbi paradın hazırlıq işlərini diqqətlə izlədiklərini deyiblər. Bu isə Şimali Koreya liderinin bacısını bərk hiddətləndirib və onları "axmaq" adlandırıb.

Kim Jo Çjon hesab edir ki, "cənubluların" bu cür marağı açıq bir düşmənçilik nümayişidir. 

Xanım siyasətçi KXDR-də hərbi təlimlərin və sınaqların olmadığını, ancaq partiyanın qurultayına təsadüf edən bayram şənliklərinin keçirildiyini qeyd edib.

NEWS.ru yazır ki, Kim Çen İn KXDR-in "təhdidlərə qarşı mübarizə" aparmaq üçün Rusiya və Çinlə konstruktiv münasibətləri inkişaf etdirəcəyini bildirib.

O, bir neçə gün öncə Koreya İşçi Partiyasının qurultayında Baş katib vəzifəsinə seçilib.

Qurultayda çıxışının əhəmiyyətli hissəsini beynəlxalq münasibətlərə və Pxenyanın bir sıra ölkələrə qarşı siyasətinə həsr edib. Şimali Koreya lideri ayrıca Çin ilə "qardaşlıq" münasibətlərinə toxunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO