Ukraynanın müdafiə naziri: “Böyük itkilərimiz var”

Ukraynanın müdafiə naziri: “Böyük itkilərimiz var”

Hazırda oxunan: Ukraynanın müdafiə naziri: “Böyük itkilərimiz var”

83205

Ukraynanın müdafiə naziri Aleksiy Reznikov “The Wall Street Journal” qəzetinə müsahibəsində ölkə ordusunun əhəmiyyətli itkiləri haqda danışıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı TASS agentliyi yayıb.

"Biz bölmələrimizi təkmilləşdirməli, onları dəyişdirməliyik, çünki böyük itkilərimiz var", deyə Reznikov qeyd edib.

Nazirin fikrincə, hazırda Ukrayna tərəfdaşlarından çoxlu zirehli texnika və silah almalıdır:

“Prioritet avadanlıqlar siyahısına artıq Javelin və NLAW qısa mənzilli raket kompleksləri daxil deyil, indi Kiyevin uzaqmənzilli artilleriya qurğularına ehtiyacı var”.

“Biz bəzi istiqamətləri müəyyənləşdirməli, istehkamları qurmalı və əməliyyat strategiyasını yeniləməliyik”, - deyə Reznikov yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO