İranda daha 2 375 nəfər koronavirusa yoluxdu - 10 nəfər öldü

İranda daha 2 375 nəfər koronavirusa yoluxdu - 10 nəfər öldü

Hazırda oxunan: İranda daha 2 375 nəfər koronavirusa yoluxdu - 10 nəfər öldü

83170

İranda ötən sutka ərzində 2 375 nəfər koronavirusa (COVID-19) yoluxub, 10 nəfər ölüb

Bizim.Media xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 141 439 nəfər, yoluxanların sayı isə 7,24 milyondan çoxdur. Virus daşıyıcılarından 356 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 7,06 milyondan çox şəxs koronavirusdan sağalıb, 52,7 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 150 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,6 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 27,8 milyon təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO