Cənubi Qafqazda bütün kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpa olunması ilə bağlı Baş nazir müavinlərinin həmsədrlik etdikləri Üçtərəfli İşçi Qrup fəaliyyətini davam etdirir.
Bizim.Media "news.ru"ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev bu gün keçirdiyi brifinqdə bildirib.
“İyunun 3-də Moskvada Üçtərəfli İşçi Qrupun X iclasında, eləcə də Peterbuq İqtisadi Forumu çərçivəsində həmsədrlərin təmasları zamanı nəqliyyat kommunikasiyalarının müxtəlif aspektləri ilə bağlı müəyyən irəliləyiş əldə olunub, tərəflərin mövqelərinin yaxınlaşmasına nail olunub.
Məlumdur ki, Üçtərəfli İşçi Qrup çərçivəsində regionda Azərbaycan, Ermənistan və onların qonşularının maraqlarına cavab verən avtomobil və dəmir yolu nəqliyyatı əlaqəsinin açılması müzakirə olunur.
Konkret razılıq əldə olunacağı təqdirdə Üçtərəfli İşçi Qrupun həmsədrləri özləri ayrıca məlumat verəcəklər” – deyə Zaytsev qeyd edib.
Bizim.Media
![Rəsmi Kremldən Üçtərəfli İşçi Qrupla bağlı AÇIQLAMA Rəsmi Kremldən Üçtərəfli İşçi Qrupla bağlı AÇIQLAMA](https://bizim.media/file/articles/2022/07/06/1657105076_1.jpg)
- A-
- A
- A+
Dünya
14:53 / 06.07.2022
Rəsmi Kremldən Üçtərəfli İşçi Qrupla bağlı AÇIQLAMA
Hazırda oxunan: Rəsmi Kremldən Üçtərəfli İşçi Qrupla bağlı AÇIQLAMA
Hazırda oxunan: Rəsmi Kremldən Üçtərəfli İşçi Qrupla bağlı AÇIQLAMA
82597
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.