"Sammitdə Ukrayna üçün  yardım paketi ilə bağlı razılıq əldə ediləcək" - Stoltenberq

Hazırda oxunan: "Sammitdə Ukrayna üçün  yardım paketi ilə bağlı razılıq əldə ediləcək" - Stoltenberq

81359

Bizim.Media xəbər verir ki, bu barədə alyansın Baş katibi Yens Stoltenberq Madriddə İspaniya Baş naziri Pedro Sançezlə mətbuata birgə açıqlamasında deyib. 

“Madrid Sammiti çox önəmli olacaq. Biz yeni strateji konsepsiya ilə bağlı, Madrid Strateji Konsepsiyası ilə bağlı razılıq əldə edəcəyik.

Biz yayındırma və müdafiə ilə bağlı daha çox yüksək hazırlıqlı qüvvələr, daha çox ön xətt müdafiəsi, daha çox əvvəlcədən yerləşdirilmiş vasitələri nəzərdə tutan əsaslı dəyişikliklərlə bağlı razılaşacağıq. Biz Ukraynanın özünümüdafiəsi üçün hərtərəfli yardım paketi ilə bağlı razılıq əldə edəcəyik”, - Baş katib qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO