İsveçrədə Gəncənin raket atəşinə məruz qalmasına etiraz  edildi

İsveçrədə Gəncənin raket atəşinə məruz qalmasına etiraz  edildi

Hazırda oxunan: İsveçrədə Gəncənin raket atəşinə məruz qalmasına etiraz  edildi

Özət:
  • Azyaşlıların öldürülməsi terror aktıdır
808

İsveçrədə yaşayan azərbaycanlılar işğalçı Ermənistan ordusunun ölkəmizə qarşı təcavüzünə, Azərbaycan ərazisindəki növbəti hərbi təxribatlarına  etiraz ediblər. Aksiya Bernin Helvetia Platsa meydanında keçirlib. 

Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, aksiyada Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən  raket atəşinə tutulması pislənilib. Mülki vətəndaşların,  azyaşlı uşaqların həlak edilməsi terror aktı kimi qiymətləndirilib. 

Aksiyada “Qarabağ Azərbaycandır!”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan terrorçu dövlətdir!”, “Azərbaycan ədalət tələb edir!”, “Mülki insanlar toxunulmazdır!” “İşğal beynəlxalq sülhə təhlükədir!”, “Uşaq ölümünə son qoyun!” kimi şüarlar səsləndirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO