Ronaldonun sürücüsü onun 2 milyonluq

Ronaldonun sürücüsü onun 2 milyonluq "Bugatti"si ilə qəza törətdi - FOTO 

Hazırda oxunan: Ronaldonun sürücüsü onun 2 milyonluq "Bugatti"si ilə qəza törətdi - FOTO 

80234

Dünya futbolunun ulduzu Kristiano Ronaldonun "Bugatti Veyron" markalı dəbdəbəli avtomobili Mayorkada bir binaya çırpılıb.  

Bizim.Media xəbər verir ki, sükan arxasında yalnız 37 yaşlı futbolçunun sürücüsü olub. O, xəsarət almayıb və hətta qəzadan sonra maşından özü düşüb.  

Ronaldo artıq bir həftədir ki, İspaniya adasında istirahət edir. Beş övladı və həyat yoldaşından başqa, futbolçu iki sevimli avtomobilini “Bugatti” və “Gelandewagen”i də özü ilə istirahətə gətirib.  

2 milyon dollar dəyərində olan “Bugatti”ni ciddi təmir işləri gözləyir. Belə ki, nəqliyyat vasitəsinin ön hissəsi və mühərriki ciddi zədələnib.  

Rəşad Əliyev, Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO