Gürcüstan XİN: “Hava məkanı qanununu pozan cavab verəcək”

Gürcüstan XİN: “Hava məkanı qanununu pozan cavab verəcək”

Hazırda oxunan: Gürcüstan XİN: “Hava məkanı qanununu pozan cavab verəcək”

802

Gürcüstanın hava məkanı ilə  mümkün hərbi daşınmalar barədə yayılan məlumatlar spekulyasiyadır”.Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi açıqlama verib.

“Təəssüf ki, son günlər mətbuatda Gürcüstanın hava məkanından mümkün hərbi daşınmalarla bağlı fərziyyələr davam edir. Bildiyiniz kimi, Gürcüstan hava sahəsini hərbi uçuşlar üçün bağladı və bu barədə açıq şəkildə bildirdik”.  Mülki və humanitar uçuşlara gəlincə, məlumatda  Gürcüstanın  bu istiqamətdə beynəlxalq öhdəlikləri yerinə yetirdiyi xüsusi vurğulanır. Gürcüstan hava məkanında uçuşlar da beynəlxalq normalara və ICAO qaydalarına tam uyğundur. “ Gürcüstan hava məkanı ilə uçuşlar həyata keçirən tərəflər Çikaqo Konvensiyasının tələblərinə uyğun mülki uçuşlar həyata keçirməkdə məsuliyyət daşıyırlar və əgər bununla əlaqədar pozuntu aşkarlanarsa, əsaslı dəlillər varsa, rəsmi Tbilisi sərt reaksiya göstərəcək və qanun pozuntusuna yol verilmiş tərəf beynəlxalq hüquqa uyğun cavab verəcək”.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO