Rusiyanın eks-prezidenti Boris Yeltsinin yaxın adamı, Rusiya Sovet Federativ Sosialist Respublikasının (RSFSR) keçmiş dövlət katibi Gennadi Burbulis 77 yaşında Bakı şəhərində vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.
Mənbə yazır ki, Burbulis IX Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycanın paytaxtına gəlib.
Xatırladaq ki, Sovet və Rusiya dövlət xadimi Gennadi Burbulis 4 avqust 1945-ci ildə Sverdlovsk vilayətinin Pervouralsk şəhərində anadan olub. 1973-cü ildə Ural Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirib.
1991-1992-ci illərdə dövlət katibi və Rusiya baş nazirinin birinci müavini vəzifələrində çalışıb.
RSFSR tərəfindən Belovejskaya müqavilələrinin imzalanmasında iştirak edib. Rusiya Federasiyası Dövlət Dumasının I və II çağırışlarında deputat (1993-1999) olub. Novqorod vilayətinin vitse-qubernatoru (2000-2001) vəzifəsində çalışıb, bölgədən Federasiya Şurasının üzvü (2001-2007) seçilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:00 / 19.06.2022
Boris Yeltsinin yaxın adamı Bakıda vəfat etdi – FORUMA GƏLİBMİŞ
Hazırda oxunan: Boris Yeltsinin yaxın adamı Bakıda vəfat etdi – FORUMA GƏLİBMİŞ
Hazırda oxunan: Boris Yeltsinin yaxın adamı Bakıda vəfat etdi – FORUMA GƏLİBMİŞ
79978
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.