Rusiyalılara Windows-u yükləmək qadağan edildi

Rusiyalılara Windows-u yükləmək qadağan edildi

Hazırda oxunan: Rusiyalılara Windows-u yükləmək qadağan edildi

79961

ABŞ-ın “Microsoft” şirkəti rusiyalılara “Windows 10” və “11” əməliyyat sistemlərini, onların nümunələrini, eləcə də digər proqramları rəsmi internet saytından yükləməyi qadağan edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı CNews nəşri yayıb. 

“Media Creation Tool” proqramını yükləməyə çalışdığınız zaman saytda faylın tapılmadığını göstərən 404 səhv mesajı görünür.

Həmçinin, ruslar əməliyyat sistemini yükləyə bilmirlər, çünki bu zaman belə mesaj gəlir:

"Sorğunuzla bağlı problem var”.

Bu vəziyyət internet provayderindən asılı olmayaraq müşahidə olunur.

Rusiyalı IP ünvanını xaricdəki ünvanla dəyişdirən zaman yükləmə problemi aradan qalxır. Microsoft bu vəziyyətlə bağlı rəsmi şərh verməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO